Uşaq başı

Yalan – onların mahiyyəti!

Qədimçilikdən danışırlar. 

İçərişəhərimizi zibil gününə salıblar. Tariximizi saxtalaşdırıblar.

Müasirlikdən danışırlar.

Bütün günü milli-mənəvi dəyərləri, menaliteti təbliğ edirlər. Köhnəlikdən çıxa bilmirlər.

Milli dəyərlərə hörmətdən danışırlar.

Dəyərlərimiz hələ indiyə qədər bu səviyyəyə düşməyib.

Dini dəyərlərdən danışırlar.

Dindarları döyürlər. Dini kitabdakı bütün yazılanlara tüpürürlər.

Tolerantlıqdan danışırlar.

Necə bir cəmiyyət qurublarsa hər kəs bir-birini adicə fikirlərə görə qırmaq istəyir.

Gənclərə dəstəkdən danışırlar.

Mehman Hüseynovu həbs etmək istəyirlər.

Abadlıqdan danışırlar.

Hələ bircə dəfə olsun şəhərimizdə rahat hərəkət edə, əylənə bilməmişik.

Sabitlikdən danışırlar.

Demək olar ki, hər gün cəbhədə, hərbi hissələrdə atəşkəs şəraitində əsgərlərimiz vəfat edir.

Səhiyyənin inkişafından danışırlar.

Hər kəs müalicə üçün xaricə gedir.

Ana-bacıya hörmətdən danışırlar.

Polislər qadınları küçə ilə sürüyür.

Azadlıqdan danışırlar.

Ölkədə nə azad mətbuat, nə söz azadlığı, nə də ifadə azadlığı var.

Təhsil, elmdən danışırlar.

Bircə şagird, tələbə deyə bilməz ki, aldığı təhsildən razıdır.

Anti-korrupsiyadan danışırlar.

Bu danışdıqlarına özləri də gülürlər.

Ölkədə yaşayışdan danışırlar.

İşsizlik baş alıb getdiyindən pul qazanmağın ən qəribə üsulları kəşf olunub.

Onlarla, yüzlərlə, minlərlə əlavələr etmək olar bu yazıya. Özünüz baxın da. Davam edək mi bu yalanlar içində yaşamağa? Özümüz özümüzü aldadaqmı? Uşaq başıdırmı ki başımız hər yalana inanıb soxaq içimizə? Ya öz həqiqətlərimizi özümüz quraq? Mən axırıncını seçirəm.

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | Bir şərh yazın

Yazı naviqasiyaları

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: