Burunları başlarına ağırlıq edənlərə…

Bəyənirəm fərqliliyi. İstəmirəm hamı kimi olmaq. Fərqlənim, seçilim, bunları istəyirəm. Bu hər şeydə özünü biruzə verir. Həm düşüncələrimdə, fikirlərimdə, həm geyimimdə, həm saç, saqqal düzümlərimdə, həm davranışlarımda, həm də məşğuliyyətlərimdə zaman-zaman özünü göstərir. Həm də ki, ölkədə dəyişiklik istəyən şəxs ilk öncə özü dəyişməlidir, özü fərqli olmalıdır axı, belə də olmalıyam.

Küçədə, bayırda, ictimai nəqliyyatda olanda insanların bir-birinin geyiminə, görünüşünə qarışmağı, söz atmağı hamımızın tez-tez şahidi olduğumuz adi hadisələrdən birinə çevrilib. Mən özüm də çoxlarından fərqli olduğum üçün tez-tez iştirakçısı oluram belə halların.

Metroda oluram, qulağımda iri, narıncı qulaqcıq. Bütün qatardakıların gözü çevrilir mənə. Eləbil indi hamısı darışıb yeyəcəklər məni.

Avtobusda gedirəm, əlimdə qırmızı rəngdə kitab. Fikir verirəm ki, məhlə qaqaşları altdan-altdan əsəbi-əsəbi baxırlar.

Kafedə, restoranda otururuq, qız-oğlan dostlar biryerdə. Qızlarla deyib-gülməyimizə, səmimi söhbətlərimizə qənim kəsilirlər. Hiss edirəm ki, artıq bu qızlar onların gözündə pozğundur.

Saçım, saqqalım da fərqli olur adətən. Bu zaman qohumların, qohum olmayanların mənə olan münasibətlərinin pisə doğru dəyişməsini heç anlamıram.

Küçədə gedirəm, əynimdə yaşıl şalvar. Qabağımca gələ-gələ gözləri şalvarımda qalmağı bəs deyil, hələ hiss edirəm ki, fırlanıb arxamca da baxırlar.

Hələ orda-burda çox da yaxın olmayan tanışlarımla söhbətlər zamanı fikir mübadiləsi aparanda öz fikirlərimi deyəndə onların mənə qarşı olan reaksiyasından danışmıram sizə. Məni kafir çıxardıblar 🙂 Nəsə eee, nəsə..

Ay insanlar, demək istəyirəm ki, mənim geyimim, mənim fikirlərim, mənim görünüşüm, mənim hərəkətlərim sizin xoşunuza gəlmək məcburiyyətində deyil. Mənim sizin xoşunuzla oturub-durmaq kimi bir öhdəliyim də yoxdur. Belə bəyənirəm, belə də edirəm. Mənim istəklərimə, görünüşümə, davranışıma heç bir haqqla qarışa və ya qadağa qoya bilməzsiniz, o vaxta qədər ki, sizə pis təsiri yoxdur. Və məlum olduğu kimi də, heç kimə isti-soyuğu yoxdur bunların.

Ona görə də, gedin işinizlə məşğul olun, işlə məşğul olun. Ətağa, hamısı bekarçılıqdandı. Sizləri heç vecinə alan da yoxdur əslində, içi mən qarışıq. Sadəcə, dedim də, biləsiniz ki, belədir vəziyyət.

Və sonda sizlər üçün bir musiqi. Bizə görə narahat olmayın, kefinizdə olun, siz də fərqli olmağa çalışın 🙂 Di salamat.

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,, | 2 Şərh

Yazı naviqasiyaları

Burunları başlarına ağırlıq edənlərə…” üçün 2 cavab

  1. Khatira

    Shekillerde senin yashil shalvari gorende ele sevinmishdim ki, Azerbaycanda da artiq oglanlar rengli geyinir, xususen de shalvar, xususen de elvan reng =)
    Go ahead

  2. V for Vendetta

    beyendim yazini

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: