N!DA – biz ölkəni dəyişməyəcəyik, artıq dəyişdirməkdəyik! (with translation into english, на русском языке)

N!DA Vətəndaş Hərəkatının Manifesti:

Biz-Nidaçılar yeni, azad nəsilik! Nida azadlıq və ədalət istəyir və xalqımızın ona layiq olduğunu iddia edir!
Bizim indiyə qədər baş vermiş ictimai-siyasi olaylar haqqında fikirlərimiz müxtəlif ola bilər. Ancaq Nida keçmiş barədə mübahisələrə vaxt itirməməyi təklif edir! Bizi gələcək maraqlandırır!
Bizim vətəndaşları adətən mənafeçi və passiv hesab edirlər. Ancaq digərləri də var: düşünən, cəsarətli, öz ölkəsinin taleyinə biganə olmayan və onun gələcəyi üçün üzərinə məsuliyyət götürməyə hazır olanlar. Biz hələ çox azıq, ancaq biz artıq varıq və hər yeni gün daha da çoxalacağıq!
Biz Nidada nə edirik?


Nidaçılar öz hüquqlarını bilir, qoruyur və ideyalarını reallaşdırmaq əzmindədir! Biz pul qazanmaq və karyera qurmaq haqqında düşünmürük! Çünki azadlıqlar olmayınca heç bir xalq səfalətdən qurtulmur, heç bir ölkə həqiqi inkişafa nail olmur, onun vətəndaşları da xoş gələcəyini qura bilmir. Azadlıq olmayan ölkədə heç kim bəlalardan sığortalanmayıb. Tarix onu da sübut etdi ki, xalqlar azadlıq və həqiqət əldə etmədikcə, çörək və rifah da qazana bilmir.

N!DA Vətəndaş Hərəkatının rəsmi saytı:

http://www.nidavh.org

Nida azadlıq, ədalət və həqiqət istəyir! Bunun üçün biz özümüz hakimiyyətə gəlmək istəmirik! Lakin Nida ölkəmizdə dəyişikliklər istəyir! Nida ölkəmizdə hakimiyyətin xalqın iradəsi ilə qurulmasına tərəfdardır.
Nida Vətənə sevgini öz işləri ilə sübut etmək istəyir, biz öz vətənpərvərliyimiz barədə boşboğazlıqla qışqırmırıq!
Nida zorakılığa “yox!” deyir və öz fəaliyyətində qeyri-zorakı mübarizə formalarından istifadə edir!

N!DA Vətəndaş Hərəkatının Himni:


Nidanın tələbləri:
Biz azad və inkişaf etmiş dövlətdə yaşamaq istəyirik!
Biz istəyirik ki, bizi yüksək döyüş qabiliyyətli peşəkar ordu qorusun, tələbələr isə rahat təhsil alsınlar!
Biz hakimiyyətin azad və ümumi səsvermə yolu ilə demokratik şəkildə dəyişməsini istəyirik!
Biz azad və müstəqil KİV-dən məlumat almaq istəyirik!
Biz istəyirik ki, qanunlar ədalətli və hamı üçün eyni olsun!

N!DA Vətəndaş Hərəkatının rəsmi Youtube kanalı:

http://www.youtube.com/user/NIDAvh/videos

Artıq səsimizi duyurmaq vaxtıdır! Bizim arxamızda həqiqət, bilik və güc durur, siyasətçilər və partiyalar deyil!
Biz artıq köhnə siyasi stereotiplərindən bezmişik! Bizi siyasi və ictimai fəaliyyətin yeni formaları maraqlandırır! Artıq müxtəlif “izm”lərdən qurtulmaq vaxtıdır, siyasətin əxlaqlı olması bunlardan asılı deyil!

N!DA Vətəndaş Hərəkatının rəsmi Facebook səhifəsi:

https://www.facebook.com/nidavetendashherekati

Nida yeni insanların Hərəkatıdır. Bizim müasirlərimiz digər dövlətlərdə artıq öz seçimlərini ediblər!
Artıq biz də GƏLİRİK! Azadlıq əldə etməkdən başqa yolumuz qalmayıb! Nidanız güclü olsun!

Bizə qoşulmaq üçün:

https://docs.google.com/spreadsheet/viewform?formkey=dGduWUNOZzExRVlvWGU4TkJBZEMyVnc6MQ

The Manifesto of N!DA Civil Movement:

We – members of NIDA are new and free generation. NIDA wants freedom and justice and thinks that our nation deserves it.
Our opinions about social-political events can vary. But, NIDA offers not to lose time in disputing past events. NIDA is interested in future.
Our people are usually considered as passive and self-thinker. But there are others as well – who are thinking and courageous, who are not indifferent to the fate of the country and ready to take responsibility for its future. We are still very few, but we exist and we will be grow in numbers each day.
What do we do in NIDA ?
Members of NIDA know their rights, protect them and are determined to realize their ideas! We are not interested in earning money and making career! Because, when freedoms don’t exist, the country can’t achieve real progress and its citizens can’t build a reliable future. No one is ensured against troubles in non-free countries. History also proved that, people can’t get welfare and wealth without getting truth and freedom.
NIDA wants freedom, justice and truth. We don’t want to come to power for this purpose. But NIDA wants change in the country. NIDA wants a government established through popular will.
NIDA wants to prove love to homeland with the work it does.
NIDA says “NO” to violence and uses non-violent ways of struggle in its activities.
Demands of NIDA
We want to live in free and developed country
We want to be protected by professional and capable army.
We want governments to be changed through free elections in democratic way.
We want to get information from independent and free media.
We want the laws to be fair and equal for everyone.
It’s time to manifest our voice! We are backed by truth, knowledge and power, not politicians or parties.
We are fed up with old political stereotypes. We are interested in new forms of political and social activities. It’s time to get rid of various “ism”-s. The morality of politics doesn’t depend on them.
NIDA is the movement of new people! The people of other countries made their choises already.
Now we are COMING! We don’t have other way to get freedom! Let your NIDA [exclamation] be strong!

Мы, члены гражданского движения Нида – новое, свободное поколение! Нида хочет свободу и справедливость, и утверждает, что наш народ достоин этого!
У нас могут быть разные мнения об общественно-политических событиях, происшедших до настоящего времени, но Нида предлагает не тратить время на споры о прошлом! Нас интересует будущее!
Обычно считают, что наши граждане пассивные и думают только о своих интересах, но мы думаем, что есть и другие: думающие, смелые, неравнодушные к судьбе своей страны и готовые принять ответственность за её будущее. Сейчас нас очень мало, но мы уже есть и с каждым днём нас становится ещё больше.
Что мы делаем в Нида?
Члены Нида знают и защищают свои права, и решительно настроены претворить в жизнь свои идеи! Мы не думаем о том, как зарабатывать деньги или делать карьеру, потому что когда отсутствует свобода, никакой народ не может избежать бедности, никакая страна не достигнет настоящего развития, его граждане не смогут строить процветающее будущее. Никто не застрахован от катастроф в стране, где нет свободы. История доказала, что народы, не достигнув свободы и истины, не могут зарабатывать на хлеб и достичь благосостояния.

Нида хочет свободу, справедливость и истину! Мы не хотим власти для себя, Нида хочет изменений в нашей стране! Нида за построение в нашей стране государства, основанное на воле народа. Нида хочет показать любовь к Родине делом, мы не кричим пусто о нашем патриотизме! Нида против насилия и в своих действиях использует ненасильственные формы борьбы!
Требования Нида:
Мы хотим жить в свободной и развитой стране!
Мы хотим, чтобы нас защищала профессиональная армия высокой боеспособности, чтобы студенты спокойно могли получать образование!
Мы хотим изменения правительства путём свободного и общенародного демократического голосования!
Мы хотим получать информацию от свободного и независимого СМИ!
Мы хотим, чтобы законы были справедливыми и одинаковыми для всех!
Настало время, сказать своё слово! За нами стоят истина, знание и сила, а не политики и партии!
Нам уже надоели старые политические стереотипы! Нас интересуют новые формы политической и общественной активности! Пора освободиться от разновидностей”изм”а, упорядоченность политики зависит не от них!
Нида – Движение новых людей! В других странах наши современники уже сделали свой выбор!
Уже и мы ИДЁМ! У нас нет пути, кроме достижения свободы! Да будет ваше восклицание сильнее!
Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | 1 Şərh

Yazı naviqasiyaları

N!DA – biz ölkəni dəyişməyəcəyik, artıq dəyişdirməkdəyik! (with translation into english, на русском языке)” üçün bir cavab

  1. Geri bildiriş: N!DA Vətəndaş Hərəkatı » N!DA – biz ölkəni dəyişməyəcəyik, artıq dəyişdirməkdəyik!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: