“Çeşmədən seçmələr”dən seçdiklərim – 2


Bu bloq yazımda “Çeşmə” qəzetinin seçmələrindən hazırlanmış “Çeşmədən seçmələr” kitabından növbəti seçdiklərimi təqdim edirəm sizə. “Çeşmə” qəzeti haqqında daha ətraflı və bundan əvvəlki seçmələri BURADAN oxuya bilərsiniz.

3. Məhkəmədə

Sabiq dövlət xadimi, indi isə idman xadimi Fuad Musayevi iqtisadi fırıldaqlar üstündə mühakimə edirlər. Məhkəmədə vəkil söz alıb müdafiə nitqi deyir:

– Fuad müəllimi dövlət pullarını mənimsəməkdə günahlandırmaq bu adamı yaxından tanımamaqdan irəli gəlir. O, həddən artıq mədəni, istiqanlı və təvazökardır. Ömründə dövlət malı tərəfə baxmaz, onun insanlarla davranma bacarığını isə nümunə kimi cavan nəslə tədris etmək lazımdır, çox alicənab, həddən ziyadə mehriban və rəhmdil olan…

Bu vaxt Fuad Musayev müttəhmlər kürsüsündən qalxıb vəkili göstərərək qışqırır:

 – Mən bu heyvərə oğlu heyvərəyə bir ətək pul vemişəm ki, məni müdafiə eləsin, bu heyvan isə yarım saatdır ki, məndən danışmaq əvəzinə başqasından danışır.

4. Bakı Bulvarında

Günlərin bir günü İngiltərə dövlətinin nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlir. Danışıqlardan sonra protokola əsasən “Gülüstan” sarayında yüksək qonaqların şərəfinə ziyafət təşkil edilir. Ziyafətdə “Şirvan” konyakının dozasını artıq eləyən Con Meycor azərbaycanlı həmkarı Rəhim Hüseynova havanın yaman isti olmasından şikayətlənir. Konyakın təsiri Azərbaycanın Baş Nazirinin də kefini yuxarı qaldırdığından o, Meycora Xəzərdə sərinləməyi təklif edir. Hər ikisi Bulvara enib Xəzərə kəllə vururlar. Sudan çıxanda Con Meycoru polis işçisi yaxalayır və bildirir ki, ictimai yerdə insan ləyaqətini alçaldan vəziyyətdə peyda olduğuna görə həbs olunur. Meycor hirslənir:

– Sən bilirsən mən kiməm?! Mən İngiltərənin Baş Naziri Con Meycoram.

Polis işçisi təmkinlə cavab verir:

– Danış, danış, indi o suda çimən alkaş da çıxıb deyəcək ki, mən isə Azərbaycanın Baş Naziriyəm.

5. Nizaminin Şamaxı səfəri

Nizami Süleymanov prezident seçkilərinin nəticələrindən narazı qalıb gəlir Şamaxı rayonuna. Sübhçağı olur. Şəhərin mərkəzində rastına Ayaz Mütəllibovun tərəfdarlarından biri olan lotulardan biri çıxır.

– Əfəndim, mən prezidentliyə namizəd Nizami Süleymanovam, – deyə gəlişinin səbəbini izah etməyə başlayır, – camaatı meydana yığ, mitinq keçirəcəyəm.

Lotu tapançasını çıxardıb havaya atəş açır ki, A. Mütəllibovun vaxtında olduğu kimi camaat mitinqə toplaşsın. Lakin, kimsə evindən bayıra çıxmır. N. Süleymanov hirsli-hirsli əmr edir:

– Birini də at, əfəndim, prezident mən olmalıydım, saxtalaşdırıb Əbülfəzi eləyiblər!

Lotu havaya bir güllə də buraxır. Kim isə pəncərəni açıb yuxulu səslə soruşur:

– A kişi, nə olub?

Lotu hirsli səsini qaldırır:

– “Nə olub”, “Nə olub”, Nizami Süleymanov gəlib, mitinq keçirmək istəyir!

– Nə oldu bəs, birinci gülləyə vura bilmədin?…

Ardı var…

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | 3 Şərh

Yazı naviqasiyaları

“Çeşmədən seçmələr”dən seçdiklərim – 2” üçün 3 cavab

  1. Geri bildiriş: “Çeşmədən seçmələr”dən seçdiklərim – 3 « bir Kənan Qasımlı bloqu…

  2. Geri bildiriş: “Çeşmədən seçmələr”dən seçdiklərim – 4 « bir Kənan Qasımlı bloqu…

  3. Geri bildiriş: “Çeşmədən seçmələr”dən seçdiklərim – 5 « bir Kənan Qasımlı bloqu…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: