“Çeşmədən seçmələr”dən seçdiklərim – 3

Sizlərə “Çeşmə” qəzetinin seçmələrindən hazırlanmış “Çeşmədən seçmələr” kitabından növbəti seçdiklərimi təqdim edirəm. “Çeşmə” qəzeti haqqında daha ətraflı və bundan əvvəlki seçmələri BURADAN və BURADAN oxuya bilərsiniz.

6. Milli Şurada casus

Milli Şuranın iclaslarından birində T. Qarayev məsələ qaldırır ki, iclasda gedən mətləblər dərhal Yerevana çatdırılır. Bir-birilərinə isinişmiş deputatlar belə bir yekdil fikrə gəlirlər ki, əvvəla jurnalistləri iclaslardan kənar etməli, ikincisi isə iclas zamanı şura üzvlərinin zaldan çıxması qadağan olunmalıdır.

Əldə olunmuş razılıqlar əsasında Milli Şura öz işinə başlayır. Lakin, bir neçə saat qızğın müzakirələrdən sonra deputat Tofiq Köçərlinin qəflətən qarın ağrısı tutur. Daha dözə bilmədiyini görüb T. Qarayevdən bayıra çıxmağa izn istəyir. Lakin, rədd cavabı alıb yerində əyləşməyə məcbur olur.

Birdən Ali Sovetin xadiməsi əlində vedrə içəri soxulmağa çalışır.

– Ay arvad, hara soxulursan, görmürsən ki, iclas gedir? – deyə deputatlar onun qabağının kəsirlər.

– Ay bala, indicə “Azadlıq” radiosunun erməni redaksiyası xəbər verdi ki, Tofiq müəllimin halı xarabdır…

7. Sessiyada

Ali Sovetin sessiyasının gedişində deputatlardan birini yuxu aparır. Yuxuda görür ki, 20 mərtəbəli binanın sonuncu mərtəbəsində yaşayan məşuqəsinin qonağıdır. “Kino”nun ən maraqlı yerində qəflətən qapı açılır, qadının əri girir içəri, onun vücudundan yapışıb tullayır pəncərədən aşağı.

Deputat qardaşımız 20-ci mərtəbədən aşağı uçarkən buludların arasından bir huri-məleykə peyda olub deyir:

– Səni xilas edə bilərəm. Ancaq, gərək (Ey oxucu, biədəbliyimizə görə keç günahımızdan!) … hava buraxasan.

Artıq ölümünü gözünün qabağına gətirmiş millət vəkili gücünü toplayıb qarın qazını buraxır atmosferə: PAAART!

Məleykə üzünü turşudur:

– Zəifdir, çox zəifdir. Biraz güclü olsun gərək ki, səni xilas edə bilim.

O, var gücünü toplayıb ikinci dəfə sanballı bir gurultu qopardır. Lakin, onunla yanaşı uçan məleykə bu dəfə də narazılığını bildirir:

– Yenə də zəif çıxdı. Bir dəfə də özünü ələ al, cəhd göstər. Bax ha, yerə düşməyinə cəmi beş mərtəbə qalıb. Həyatın öz əlindədir.

O, üçüncü dəfə qarnına güc verməyə başladı… Və birdən nə eşitsə yaxşıdır:

– Ay yoldaş, ay yoldaş! Ayıb olsun sizə. Sessiyada yuxuladığınız bəs deyil, üstəlik hələ bir…
 

8. AXC Məclisində ekspert

AXC Ali Məclisinin sessiyasında çıxış edən AXC fəalı Rəhim Hacıyev iqtidarın ünvanına kəskin tənqidlər yağdırır. Məclisdə iştirak edən prezident səslənən ittihamları əsassız saydığından dözməyib natiqin sözünü kəsir:

– A bəy, elə deyil axı. Bütün bunlar çox mürəkkəbdir. Sizin düşündüyünüzdən də qat-qat mürəkkəb. Kənardan durub tənqid etməklə deyil ki… İşlə yaxından məşğul olandan sonra hər şeyi anlamaq olar. Başınız çıxmır, danışmayın.

R. Hacıyev:

– Əbülfəz bəy, mən hələ ömrümdə yumurtlamamışam, amma, onu deyim ki, qayğanağın dadını hər hansı toyuqdan qat-qat yaxşı bilirəm, – deyə öz növbəsində prezidentə etiraz edir.

Ardı olacaq…

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, | 2 Şərh

Yazı naviqasiyaları

“Çeşmədən seçmələr”dən seçdiklərim – 3” üçün 2 cavab

  1. Geri bildiriş: “Çeşmədən seçmələr”dən seçdiklərim – 4 « bir Kənan Qasımlı bloqu…

  2. Geri bildiriş: “Çeşmədən seçmələr”dən seçdiklərim – 5 « bir Kənan Qasımlı bloqu…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: