Özündənrazı millətimizə… Narazıyam!

Yəqin ki, dünyanın heç bir ölkəsində küçədə, ictimai nəqliyyatda, müxtəlif tədbirlərdə, şəhərin mərkəzində, ticarət mərkəzlərində və s. ərazilərdə gəzəndə Azərbaycandakı qədər özündənrazı insanlara rast gəlmək mümkün deyil və rast gəlinməyib də. Bu insanlar nədən razıdırlar, niyə razıdırlar, özlərini niyə bu qədər çox sevirlər hələ də mənə çatmır.

Əllərində ucuz telefon, əyinlərində ən ucuz qiymətə, metronun altından və yaxud 8-ci kilometr bazarından alınmış qap-qara paltarlar, ucu şiş rezin tuflilər, araq iyi verən ətirlər. Yox, elə başa düşməyin ki, lağa qoyuram. İmkanı ona çatır, onu da alır. Amma, day niyə özünü boğursan, niyə özünü dartırsan?! Hansı günüvə “risovkalanarısan”?

Küçədə hamıya söz atmaq, ona-buna ilişmək, bələkdə olan uşaqdan tutmuş çəliklə yeriyən qoca kişiyə qədər hamıya çiyin vurmaq, eşşək kimi anqıraraq hırıldamaq. Hamısı da eləbil ortaya söz qoyublar ki, kim daha çox qıza sataşacaq. 

Dişləri sap-sarı, saqqızı da mal kimi gövşəyə-gövşəyə çeynəyirlər. Amma, özlərini sevirlər, özlərini boğurlar. Özlərini böyük-böyük aparıb hamıya yuxarıdan aşağı baxırlar. Niyə axı?! Kimdən artıqsan?

Həyatları boyu bir kitab oxumayıblar, bircə dəfə teatra getməyiblər, mədəni səviyyələri aşağı, dil bilikləri sıfır. Amma, hamını lağa qoyub gülürlər. Anlamırlar ki, gülməli vəziyyətdə elə özləridirlər.

Heç qınaya da bilmirəm bu insanları. Bu vəziyyətə qəsdən salınıb onlar. Sistemli siyasətin nəticəsidir. 1969-cu ildən bəri…

Bütün dünya başqa bir istiqamətdə gedir, dırnaq boyda ölkənin bu insanları isə başqa istiqamətdə. Və bütün başqa millətləri petux hesab edirlər. Küçədə ingilis və yaxud başqa millətin nümayəndəsini görəndə başlayırlar mırtlaşmağa. Ay insan, hansı gününə mırtlaşırsan onunla?! O insan əyilməyib, sınmayıb, onu 40 ildən artıq ölkəsində qul kimi yaşatmayıblar. İmkan verməyib yaşatsınlar. İllərlə mübarizə aparıb, maariflənib, maarifləndirib, məğlub olmayıb, məğlub edib. İstədiyi qədər qazanır, istədiyi yerə səyahət edir, istədiyi kimi yaşayır. Oralardan Azərbaycana gəlib. Sən isə rayonundan, rayonla Bakı arasındakı ərazilərdən və Bakıdan başqa haranısa görmüsən?!

Dərd orasındadır ki, həmin o ingilis və yaxud başqa bir millətin nümayəndəsi heç özünü belə aparmır, səmimi olmağa çalışır.

Savadın olsun, biliyin olsun, mədəniyyətin olsun, əlində kitabın, cibində pulun olsun, hüquqlarını tapdalanmağa,haqqlarının əlindən alınmasına imkan vermə, sonra nəqədər istəyirsən bəyən özünü.

Son olaraq bu videonu izləməyiniz məsləhətdir:

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,, | 6 Şərh

Yazı naviqasiyaları

Özündənrazı millətimizə… Narazıyam!” üçün 6 cavab

  1. dok

    müəllifin möveyi ilə gismən razıiam…amma problemi 100% siyasi motivlərə bağlamaq ilə razılaşmaq olmur…Azərbaycanda 1969 idən qurulan sistemdə yaşayan diqər millətlər var…bəs niyə rus qəncləri küçədə düşüklük etmirlər….deməli bu azərbaycan ailəsində uşaqlara verilən tərbiyə problemidir….ata nə kinab oxuyub ki, balasıda oxusun,…bizım kütlə arasında “kulturnıy” olmaq ayıbdır

    • düz deyil, özlərini normal aparan rus gəncləri rusiyadan gələnlərdir. burda olanların alilələri rusiyadan gələnlərdir. ona görə. əvvəldən burda qalanlar isə bizimkilərdən heç də fərqlənmirlər.

  2. Kənan

    Əla idi adaş.Tam razıyam

  3. BU YAZINI OXUDUM COX BEYENDIM BU YAAZINI OXUMAGIMA SEBEB OLAN NICATA TESEKKUR ELIYIREM SENE UGURLAR BIR BLOG DOSTU KIMI ELA ALINIB Mr.Melikmemmed

  4. Əlində ucuz telefon, əynində ən ucuz qiymətə, metronun altından və yaxud 8-ci kilometr bazarından alınmış qap-qara paltar, ucu şiş rezin tufli, araq iyi verən ətir istifadəçisinin atası

    nağarağ bala, imkanımz yoxdu tarqovudan giyindirək uşağımızı.
    kitab almağa da pulumuz yoxdu. xarici dil də öyrətməkçün də kursa gedə bilmir uşağımz.
    teatra da bilet almağa pulumuz yoxdu. ideal-dan ətir almağçün gərək 4 ay maaşımı yığım.
    oğlumun savadı da yoxdu ki, blog açıb özü kimi olmayanları tənqid edən yazı yazsın. ancaq küçədə görəndə mırtdaşa bilir. imkanımız buna çatır :((

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: