Gəncliyin gücü! Biz bacardıq – 17 Mart!

Yazıya şad xəbərlə başlayım, Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin təşkil etdiyi 17 Mart- Gənclərin “Gələcək Naminə” mitinqinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən rəsmən icazə verildi! Mitinq 17 mart saat 15:00-da Bayılda 20-ci sahədə (dvatçatıy, sürücülük məktəbinin həyətindəki stadion) keçiriləcək. Hamınızı təbrik edirəm, xüsusi ilə də bu mitinqin baş tutması, yayılması, uğurlu keçməsi üçün əziyyəti keçənləri.

Day bundan sonra mitinqə gəlməmək üçün mənə elə gəlir ki, heç bir bəhanə filan qalmadı. Qarşıdurma olmayacaq, polis dubinkası olmayacaq, bölməyə getməklər olmayacaq, pərakəndəlik olmayacaq. Həm də ki, mitinqdə iştiraka görə heçkimə hədə-qorxu, təhdid də olmayacaq. Universitet tələbələrini də mitinqdə iştiraka görə heç bir təhlükə gözləməyəcək. Çünki, mitinqə dövlət tərəfindən icazə verilib.

Həmçinin, mitinqin tələbləri də hər birimizin istəklərimiz, arzularımız olan tələblərdir. Şüarlar da bəhanə ola bilməz:

– Siyasi məhbuslar azad edilsin!
– Rüşvətsiz təhsil!
– 20 ildir davam edən müharibə şəraiti sona çatsın və ölkəmizin ərazi bütövlüyü təmin edilsin!

Gənclər, sizin hamınızı mitinqdə iştirak etməyə çağırıram. Haqqsızlıqlara, ədalətsizliklərə hamımız biryerdə “DUR!” deyək. Dostunuzu, tanışınızı, qrupyoldaşlarınızı, sinif yoldaşlarınızı, sevgilinizi, ailə üzvlərinizi, ruhən gənc olan bütün insanları özünüzlə gətirin. Biz birlikdə güclüyük!

Mitinqimiz şən əhval-ruhiyyədə keçiriləcək, canlı musiqilər olacaq. Al-əlvan rənglərdə geyinib gəlsəniz yaxşı olar, kimin bayrağı varsa gətirsin, şarlar gətirin.

Mitinq zamanı təxribatçılar, aranı qatmaq istəyənlər ola bilər. Onlara qoşulmayın, zərərsizləşdirməyə çalışın. Polislə heç bir qarşıdurmaya getməyin, dava-dalaş salmayın. Çalışın hər şey sakitçiliklə bitsin, səliqəli mitinq olsun. Və artıq dərəcədə xahiş olunur, meydanı zibilləməyək.

Mitinq ünvanına- Elmlərdən 5, 193; Badamdardan 34; 28 Maydan, Sahildən, Kukla Teatrından, Azneftdən 88, 207,120, 121, 124; Xətaidən 212; Əzizbəyovdan 207 saylı marşrutlarla getmək olur! Məkan uzaq olduğu üçün, başlama vaxtına 1 saat qalmışdan yola çıxın. Nəzərə alın ki, həmin yolda tıxac yaranacaq, həm də gələ bilməmək, insanların gecikməsi üçün süni tıxaclar, maneələr yaradıla bilər.

Hamınızı mitinqdə gözləyəcəyik, çünki, biz gəlirik!

P.S.: qeyd edim ki, son 7 ildə bu mitinq ilk icazəli mitinq olacaq.

Advertisements
Kateqoriyalar: Yazılarım | Etiketlər: ,,,,,,,,,,,,,,,,, | Bir şərh yazın

Yazı naviqasiyaları

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu. Mövzu: Adventure Journal tərəfindən Contexture International.

%d bloqqer bunu bəyənir: